Daha bir Türkiyə rəsmisi Bakıda

Daha bir Türkiyə rəsmisi Bakıda
20:11 21 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycana səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, Qəhrəman səfəri çərçivəsində Ümumilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Parlament sədrini spikerin müavini Valeh Ələsgərov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər qarşılayıb. İsmayıl Qəhrəman jurnalistlərə verdiyi açıqlamada Azərbaycanı da öz vətəni hesab etdiyini bildirib.

Türkiyə mətbuatına istinadla verilən məlumata görə, İsmayıl Qəhrəman prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oktay Əsədovla və Artur Rasi – zadə ilə görüşəcək.

Rusiya və Türkiyə arasında baş verən qırıcı qalmaqalından sonra artıq üçüncü Türkiyə rəsmisidir ki, Azərbaycan səfərdə olub.


Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın Azərbaycanda qarşılanma mərasimi


Noyabrın 26 –da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib. Çavuşoğlu Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.

Dekabrın 3-də isə Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edib.

Baş naziri səfərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan , Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiət edib.


Əhməd Davudoğlunun Azərbaycan səfəri


Türkiyə rəsmisi yeni hökümət qurulduqdan sonra ilk səfərini Şimalı Kipr Türk Respublikasına edib. Davudoğlunun Azərbaycan səfəri yeni hökumətin ilk 100 günlük proqramına salınıb.

Davudoğlu da Dağlıq Qarabağ münaqişəsi və Rusiyaya qarşı bir çox bəyanatları ilə yadda qalıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR