Vergi verməyən müğənnilər cəzalandırılır - VİDEO

Vergi verməyən müğənnilər cəzalandırılır - VİDEO
21:52 21 Dekabr 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

Şou-biznes nümayəndələrinin vergidən yayınması davam edərsə, daha sərt tədbirlər görüləcək

Vergi verməyən  müğənnilər cəzalandırılır. Artıq xeyli müğənni cərimə ödəyib. Vergilər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, şou-biznes nümayəndələrinin vergidən yayınması davam edərsə, daha sərt tədbirlər görüləcək.

2004-cü ildən vergi ödəyicisi olduğunu deyən Əlikram Bayramov cərimə məbləği ilə razılaşmır, gəlirlərinə mütənasib olmadığını bildirir.

Manaf Ağayev isə vergi vermədiyinə  görə 2500 manat cərimə ödəyib. Əməkdar artist Almaz Ələsgərli 3 min, müğənni Səidə Sultan 35 min min manat, Nura Suri isə 1000 manat məbləğində cərimələnib. Cərimələnənlər arasında Ayaz Qasımov, Elçin Cəfərov da var.

Vergilər Nazirliyindən  "Xəzər Xəbər"ə verilən məlumata görə, hazırda şou-biznes sahəsində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.

Nazirlikdən bildirilir ki, bundan sonra vergidən yayınan müğənnilərə qarşı cəza tədbirləri sərtləşdiriləcək. Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq. Həmin şəxslərin siyahısı yaxın günlərdə  nazirlik tərəfindən elan olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR