“Microsoft” Çin hökuməti üçün “Windows 10” sistemini hazırlayacaq

“Microsoft” Çin hökuməti üçün “Windows 10” sistemini hazırlayacaq
12:28 22 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
ABŞ-ın “Microsoft” korporasiyası Çin Xalq Respublikası üçün “Windows 10” əməliyyat sistemini hazırlamağı planlaşdırır.
Rəsmi məlumata görə, proqram təsisçisinin bu addımı Çin bazarında öz iştirakını gücləndirmək məqsədilə həyata keçirilir. Bu sistemin hazırlanması zamanı Çinin yerli ənənə və normativ tələbləri nəzərə alınacaq.
AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, cari ilin payızında “Microsoft” tərəfindən “China Electronics Technology Group”un dəstəyi ilə yaradılmış “C&M Information Technologies” birgə müəssisəsi “Windows 10” əməliyyat sisteminin inkişafı ilə məşğul olacaq. ABŞ korporasiyasının rəsmi məlumatına əsasən, “Windows 10” platformasının dövlət variantı Çin hökuməti ilə razılaşdırılacaq.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR