Bakı, 22 dekabr, AZƏRTAC
Cari ilin əvvəlindən dekabrın 19-dək paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər inzibati məsuliyyətə cəlb olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 16 min 359 sürücü, eləcə də avtoxuliqanlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.