Türkiyədə daha 14 terrorçu məhv edilib

Türkiyədə daha 14 terrorçu məhv edilib
03:27 23 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin şərq və cənub-şərq bölgələrində antiterror əməliyyatlarını davam etdirir. "Report" "Hürriyet` qəzetinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, dekabrın 22-də ölkənin Mardin vilayətinin Nusaybin və Dargeçit rayonlarında 14 terrorçu məhv edilib.
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) 2 üzvünün yaralı olaraq həbs edildiyini bildirən Türkiyə rəsmiləri, silahlı qarşıdurma zamanı 5 polis əməkdaşı ilə 5 dinc sakinin xəsarət aldığını da qeyd ediblər. Terrorçuların minaatanlardan istifadə etdiyi bildirilir.
Antiterror əməliyyatlarının davam etdiyi rayonlarda kamendant saati tətbiq edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR