Dünyanın ən "qansız" rejissoru "Şöhrət xiyabanı"nda (FOTO)

Dünyanın ən "qansız" rejissoru "Şöhrət xiyabanı"nda (FOTO)
10:51 23 Dekabr 2015
27 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur rejissoru və prodüserlərindən biri olan Kventin Tarantino Los-Ancelesdəki Hollivud "Şöhrət xiyabanı"nda ulduz qazanıb.

ANS PRESS-in məlumatına görə, mərasimdə onun dostları, sevənləri və kinematoqrafçının həmkarları, o cümlədən onun "Kriminal qiraət" filmində rol alan Samuel L.Cekson iştirak edib. Bu baradə "The Hollywood Reporter" məlumat yayıb.

Tarantinonun çəkdiyi filmlərdə qan, kütləvi ölümlər, narko baronların acımasız mübarizəsi və digər dəhşətli proseslərlə yadda qalıb.

Bu yaxınlarda 67 yaşını qeyd edən Samuel L.Cekson Tarantino əsl kinoman olduğunu deyib: “Kventin əsl kinomandır. İnsanlar hələ də pul ödəməyə hazırdılar ki, Tventinonun kinolarına baxsın”.


Samuel L.Cekson və Tarantino

Rejissorun özü çox xoşbəxt olduğunu deyib. “Mən burada adımı yazdırdığım üçün çox xoşbəxtəm. Mən bu şəhərin bir hissəsiyəm".

52 yaşlı Kventin Tarantino iki dəfə - "Kriminal qiraət" və "Azad edilmiş Canqo" filmlərinə yazdığı ssenari ilə "Oskar" və "Qızıl qlobus" mükafatına layiq görülüb. "Kriminal qiraət" filmi həm də Kann festivalında "Qızıl palma budağı" qazanıb.


Tarantinonun dostları


"Kriminal qiraət" filminin populyar epizodu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR