Gömrük Komitəsi təkzib etdi: Sıxlıq yoxdur (FOTO)

Gömrük Komitəsi təkzib etdi: Sıxlıq yoxdur (FOTO)
14:56 23 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi sərhəd buraxılış məntəqələrində dolların bahalaaşması, manataın devalvasiyasından sonra sıxlıq yaranaması barədə xəbərləri təkzib edib. Komitədən ANS PRESS-ə verilən məlumata görə, bu gün bəzi kütləvi informasiya vasitələrində Tovuz, Astara, Balakən və Biləsuvar gömrük idarələrinin buraxılış məntəqələrindəki piyada keçid xəttində vətəndaşların böyük sıxlığının yarandığı barədə yalan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu kimi məlumatların heç bir əsası yoxdur və buraxılış məntəqələrindəki piyada keçid xəttində son günlər ərzində heç bir sıxlıq müşahidə olunmur. Hazırda vətəndaşların normal gediş-gəlişi tam təmin edilir.




Onu da xatırladaq ki, respublikamızın Gürcüstanla sərhəddə yerləşən gömrük keçid məntəqələri 24 saat fasiləsiz iş rejimində çalışır.



Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR