İlham Əliyevdən devalvasiya açıqlaması

İlham Əliyevdən devalvasiya açıqlaması
15:06 23 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

"Neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində manatın devalvasiyası barədə danışarkən deyib.

Prezident qeyd edib ki, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. "Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb".

Onun sözlərinə görə, ABŞ-da dollarla bağlı son qərarın da qiymətlərin düşməsinə təsiri olub. Burada həmçinin digər geosiyasi amillərin də təsiri var.

İ.Əliyev hesab edir ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. "Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən birə 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”.

Dövlət başçısı deyib ki, bütün bunlara baxmayaraq bu vəziyyətin fəssadlarını minumum səviyyəyə endirməyə çalışacaqlar.



Prezident İlham Əliyev bildirib ki, hazırda neftin qiyməti 36 dollara düşüb: “ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR