Azərbaycanlı müğənni söz-söhbətə son qoydu

Azərbaycanlı müğənni söz-söhbətə son qoydu
16:09 23 Dekabr 2015
86 Şou
Ölkə mətbuatı
A- A+

Tarla yanaşı ifaçılıqla da məşğul olan Humay Qədimova barəsində gəzən söz-söhbətlərə son qoyub. Lent.az-ın məlumatına görə, "5/5" verilişində danışan ifaçı bildirib ki, müğənniliyə başlasa da, tarda da ifa edəcək: "İstəyirəm artıq bu söz-söhbətlərə son qoyum. Çox adam elə bilir tarı atmışam. Əsla elə deyil. 10 ildir tar üzrə pedaqoq fəaliyyəti ilə məşğul olan, tələbələrinin uğurunu görən kimi necə ata bilərəm bu sənəti? Bunların üstündən xətt çəkə bilmərəm. Müğənni dostlarım inciməsinlər, tarı daha şərəfli hesab edirəm. İnsan uzaq bir yerə qonaq gedəndə, bir-iki gün sonra ev üçün darıxır. Məndə eləyəm. Tara, “doğma evimə” qayıdıram. Yəni müğənnilik bir həvəsdi, tara isə peşəkar səviyyədə yanaşıram. Tarı atıb, müğənniliyə keçməyim kimi xəbərlərə inanmayın".



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR