Stokholmun mərkəzində partlayış baş verib

Stokholmun mərkəzində partlayış baş verib
00:05 24 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stokholmun mərkəzində yerləşən "Berns" restoranının qarşısında dekabrın 23-də axşam saatlarında partlayış baş verib.

İsveç KİV-nin məlumatına görə, naməlum şəxs restorana yaxınlaşaraq partlayıcı qurğunu binanın qarşısına atıb. Hadisə baş verən an restoranda müştərilər və əməkdaşlar olub.

Hazırda partlayış yerində polis və təhlükəsizlik orqanlarının nümayəndələri təhqiqatlar aparırlar. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

"Berns" restoranı Stokholmda ən populyar əyləncə məkanlarından biridir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR