Bakı, 24 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağının 85 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin yaranma tarixi, fəaliyyəti, iştirak etdiyi beynəlxalq layihələrdən danışıb, kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib.
Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun 85 ildə keçdiyi şərəfli yoldan, ölkə rəhbərliyi tərəfindən bu ali məktəbə göstərilən dövlət qayğısından danışıb, yubiley münasibətilə kollektivi təbrik edib.