Nadal və Yankoviç “ilin çempionları” seçildi

17:34 24 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Tennis Federasiyası (İTF) 2008-ci ilin ən yaxşı oyunçularını müəyyənləşdirib.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən məlumatına görə, ispaniyalı Rafael Nadal kişilər, serbiyalı Yelena Yankoviç isə qadınlar arasında “ilin çempionları” adına layiq görülüblər.

Hər iki tennisçi ilin yekununda müvafiq olaraq, kişi və qadın tennisçilərin reytinqlərində birinci yeri tutublar. 22 yaşlı R.Nadal Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqinə ardıcıl 237 həftə ərzində başçılıq etmiş isveçrəli Roje Federeri qabaqlayıb. O, “Roland Garros” və “Uimbldon” turnirlərinin, eləcə də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub. 23 yaşlı Y.Yankoviç isə bu il Qadın Tennisçilər Assosiasının (WTA) keçirdiyi 4 turnirdə birinci yeri tutub.

Qoşa mübarizədə isə İTF kişilərdən Daniel Nestor (Kanada) – Nenad Zimonyiç (Serbiya), qadınlardan Kara Blek (Zimbabve) – Lizel Huber (ABŞ) duetlərini hamıdan üstün sayıb.

Dünyanın ən yaxşı tennisçiləri 2 iyun 2009-cu ildə Fransanın paytaxtı Parisdə keçiriləcək təntənəli şam yeməyi zamanı mükafatlandırılacaqlar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR