"Ağıllı ev” texnologiyası insanlar arasında sürətlə populyarlaşır

"Ağıllı ev” texnologiyası insanlar arasında sürətlə populyarlaşır
18:03 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Qərbdə mobil telefonlar üçün nəzərdə tutulmuş proqramın köməyi ilə idarə olunan evlərin sayı artıb. "Ağıllı ev” texnologiyası insanlar arasında sürətlə populyarlaşır.
AZƏRTAC "globalscience.ru" saytına istinadən xəbər verir ki, keçirilmiş sorğuların nəticəsinə əsasən, insanlar evlərini mobil qurğular vasitəsilə idarəetməyə üstünlük verirlər. Bunun nəticəsidir ki, son 12 ayda İngiltərə, Macarıstan, Avstriya və Fransa kimi ölkələrdə "ağıllı ev” istifadəçilərinin sayı 1 milyondan 5 milyonadək artıb.
Qeyd edək ki, "ağıllı ev” sistemləri, evin və ofisin mobil telefon və planşet vasitəsi ilə idarə olunmasıdır. Bu texnologiya vasitəsilə evdəki bütün elektrik avadanlığı avtomatlaşdırmaq və mərkəzləşmiş idarəetmə sisteminə daxil etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAgilli_ev_texnologiyasi_insanlar_arasinda_suretle_populyarlasir-914083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR