Bakı, 24 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan vilayətindəki dövlət xəstəxanasında baş verən yanğın zamanı həlak olanların sayı 31 nəfərə çatıb. Bu barədə mülki müdafiə xidmətinin rəsmi nümayəndəsi Yəhya əl-Qahdani məlumat verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, yanğının söndürülməsi və xilasetmə işlərinə 20 yanğınsöndürən dəstə cəlb olunub.
Cizan vilayətinin mülki müdafiə xidmətinin məlumatına əsasən, yanğın xəstəxananın intensiv terapiya, doğum şöbələrinin yerləşdiyi birinci mərtəbədə başlayıb və yuxarı mərtəbələrə yayılıb.
Hazırda yanğının səbəblərinin müəyyən olunması üzrə işlər aparılır.