Röya Ayxan vergi borcundan danışıb

Röya Ayxan vergi borcundan danışıb
20:04 24 Dekabr 2015
103 Şou
Ölkə mətbuatı
A- A+

 

Bu gün müğənni Röya Ayxan “Uşaqlar gülsün deyə...” adlı xeyriyyə tədbirinə qatılıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni tədbirdə manatın devalvasiyasından da danışıb: “Nəslimizdə hamıya mən baxıram. Ərə gedən, əsgər gedən, yıxılan olanda da məni yığırlar. Bu çətinlik gəlib bizə də çatdı. Dolların qalxması biz insanlara dərsdir. Çünki bu gündən məcbur olub, gəncimiz, qocamız da işləyəcək. Hamı işləyəcək. “Mənim oğlum qazanır, ona görə də evdəyəm” demək olmaz. Hamı işləməlidir. Ona görə də hər kəsə uğur, səbr arzu edirəm. Heç nədən narahat olmayın, yaxşı yaşayacağıq. Hər şeyi gülərək qarşılamayaq. Hər şeyin yaxşı olacağına inanıram. Təbii ki, dollar qalxdığına görə hamımız itirmişik. Maaşı alırsan, dükana girəndə alış-veriş edən zaman hiss edirsən ki, itirmisən. Bunu biz etmirik. Bilirik ki, bu, dünyada baş verir. Elə bir zamana gəlib çıxmışıq ki, bir ailədə beş nəfərin beşi də işləməlidir”.

 

İfaçı şou-biznes nümayəndələrinin Vergilər Nazirliyinə olan borclarına da münasibət bildirib. R.Ayxan bildirib ki, onun vergi borcu yoxdur: “Çünki hər zaman konsertlər verəndə də vergimi də ödəmişəm”.

 

Röya daha sonra  ailəsindən danışıb: “İnsan ayaq üstə durubsa, yaxınlarına dəstək olmalıdır. Bacımla bağlı arzularıma çatmışam, qardaşlarımı da yerbəyer etmişəm. Öləndə heç kim özü ilə heç nə aparmır. Onsuzda öz doğmalarıma kömək edirəm. Dost üçün dava edirəm, indi görün, ailəm, valideynlərim üçün nə qırğınlar çıxardaram”.

 

R.Ayxan tədbirdə oğlundan da bəhs edib: “Bir də görürsən, telefonumdan “İnstagram”ı və digər proqramları silir. Qısqancdır. Bəzən “İnstagram”ıma girir, hirslənir ki, sənin şəkillərini niyə paylaşıblar, sən tək mənim “mama”msan axı?!  Uşaqdır, hələ dərk etmir.  Amma əcəb edir! Nə istəyir eləsin! İstəyirsə, həyatımı, ömrümü məndən alsın. Bircə onun üçün yaşayıram. Hamı üçün hər şey etmişəm. Valideynlərimə, qohumlarıma deyirəm ki, indi mənə imkan verin, istədiyim kimi oğlumu böyüdüm, təhsil verim. Düzdür, əl çəkən deyillər, amma yenə də deyirəm”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR