Valyuta mübadiləsi qaydaları sərtləşdi

Valyuta mübadiləsi qaydaları sərtləşdi
22:21 24 Dekabr 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Mərkəzi Bankı valyuta mübadiləsi qaydalarını sərtləşdirir.

ANS PRESS-in məlumatına görə, yaxın vaxtlarda 15 min rubldan çox pul mübadiləsi edən müştəri pasportunu təqdim etməli olacaq.

Bü gün keçirilən iclasda Mərkəzi Bank bu proseduru amansızlaşdırmaq haqda qərar qəbul edib. Yeni qaydalar yaxın günlərdə qüvvədə olacaq. Bundan əlavə, müştəri bu zaman xüsusi anket dolduracaq. Burada soyadı, adı, atasının adı göstərilməli, həmçinin yaşayış yerinin ünvanını təsdiqləyən şəxsiyyət vəsiqəsinin rekviziti olmalıdır. Həmçinin, vergi ödəyicisi bu barədə müvafiq sənəd göstər məli olacaq.


Rusiya Mərkəzi Bankı

Bundan başqa, valyuta mübadiləsi məntəqəsində başqa məlumatlar əldə etməyə görə kredit təşkilatını tələb edə bilərlər. Yeni qaydalar cari ilin 28 dekabrından qüvvəyə minir. Bir müddət əvvəl Rusiya Mərkəzi Bankı rublun 16 ilin ən sərt enişini etməsindən sonra əvvəlcədən planlaşdırılmamış bir toplantı keçirərək banklara verdiyi kreditlər üzrə faiz dərəcəsini 10.5%-dən 17%-ə yüksəldib. Bununla Bank 2014-cü ildən bəri altıncı dəfə faizi artırıb. Rusiya Mərkəzi Bankının internet saytından verilən açıqlamada məzənnədəki sərt enişi və inflyasiya riskini önləmək üçün faizin artırıldığı qeyd edilib.

Rusiya Mərkəzi Bankı bu il bazara 100 milyard dollarlıq müdaxilə edib. Buna baxmayaraq, Rublun 54%-ə çatan enişinin qarşısı alına bilməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR