“Xətai” metro stansiyasının qarşısındakı piyada keçidlərində işıqforlar quraşdırılıb

“Xətai” metro stansiyasının qarşısındakı piyada keçidlərində işıqforlar quraşdırılıb
13:13 25 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Elvin Camalov, AZƏRTAC
Xocalı prospektində “Şah İsmayıl Xətai” metro stansiyasının qarşısında yerləşən piyada keçidlərində dörd ədəd yeni elektron işıqfor quraşdırılıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-a deyib.
Onun sözlərinə görə Bakıda, günün pik saatlarında nizamlanmayan piyada keçidləri yerləşən ərazilərdə mütəmadi olaraq avtomobil tıxacları yaranır. Bununla bağlı NİİM həmən ərazilərə işıqforların quraşdırılmasını təklif edib və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən işıqforlar quraşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xetai_metro_stansiyasinin_qarsisindaki_piyada_kechidlerinde_isiqforlar_qurasdirilib-914268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR