"Kasperski Laboratoriyası"nda yeni onlayn xidmət yaradılıb

"Kasperski Laboratoriyası"nda yeni onlayn xidmət yaradılıb
17:08 25 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Rusiyada İnformasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən "Kasperski Laboratoriyası"nda şifrənin təhlükəsizlik səviyyəsinin yoxlanılması üçün onlayn xidmət yaradılıb.
AZƏRTAC “psm7.com" resursuna istinadla xəbər verir ki, yeni xidmət vasitəsilə saytda hakerin şifrəyə müdaxilə müddətini öyrənmək mümkündür.
Qeyd olunub ki, istifadəçilər çox vaxt asanlıqla tapıla bilən simvollardan istifadə edərək şifrənin təhlükəsizlik səviyyəsinə bir o qədər əhəmiyyət vermirlər. Hər bir istifadəçi hesabının, xüsusən maliyyə proqramlarının təhlükəsizliyini qorumaq üçün unikal şifrələrdən istifadə etməlidir. Hakerin şifrəyə müdaxilə müddətini öyrənmək üçün yeni xidmət vasitəsilə sayta rəqəm və hərflərdən ibarət şifrə daxil olunmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR