Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.
Univeritetdən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə tələbələr tərəfindən müxtəlif rəqslər ifa olunub, tamaşa nümayiş etdirilib.
Sonda ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bayram münasibətilə tələbə və müəllimləri təbrik edib, tələbələrə imtahanlarda uğurlar arzulayıb.