​Dünya bazarında neftin qiyməti dəyişməyib

09:42 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, məlum səbəbdən ABŞ-ın NYMEX əmtəə birjası işləmədiyindən, WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti dəyişməz qalaraq 38,10 dollar/barel təşkil edib.
Məlumata görə, ICE London qitələrarası birjasında da iş vaxtı olmadığından, "Brent" markalı xam neftin qiyməti 37,89 dollar/barel, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "AzeriLTCIF" markalı xam neftin qiyməti isə 38,05 dollar/barel təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR