Nikaha daxil olanların müayinəsi zamanı 5 min 500 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb

Nikaha daxil olanların müayinəsi zamanı 5 min 500 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb
12:48 26 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə ki, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub.
AZƏRTAC xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı səsləndirib.
Şöbə müdiri bildirib ki, müayinə olunanlardan 5 min 500 nəfərin talassemiya daşıyıcısı, 53 nəfərin QİCS, 320 nəfərin sifilis xəstəsi olduğu aşkarlanıb. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birindən - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nikaha_daxil_olanlarin_muayinesi_zamani_5_min_500_neferin_talassemiya_dasiyicisi_oldugu_askarlanib-914602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR