Rusiyanın İrkutsk şəhərinə eniş etmiş Türkiyə təyyarəsi artıq Ulan-Batora istiqamət götürüb

Rusiyanın İrkutsk şəhərinə eniş etmiş Türkiyə təyyarəsi artıq Ulan-Batora istiqamət götürüb
19:03 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, Elvin Camalov, AZƏRTAC
Hava şəraitinin pisləşməsi səbəbindən Rusiyanın İrkutsk şəhərinə eniş edən “Türk Hava Yolları”na (THY) məxsus Boeing B737-90ER təyyarəsi bu gün İrkutskdan Monqolustanın paytaxtı Ulan-Bator istiqamətinə hərəkət edib.
AZƏRTAC “airporthaber.com” saytına istinadla xəbər verir ki, “Türk Hava Yolları”nın İstanbul–Bişkek-Ulan-Bator aviareysi ilə hərəkət edən təyyarə Qırğızıstanın paytaxtı Bişkekə normal eniş etdikdən sonra Bişkekdən Ulan-Batora uçuş edən zaman hava şəraitinin pisləşməsi səbəbindən Rusiyanın İrkutsk şəhərinə eniş edib.
Təyyarə bir neçə saat əvvəl İrkutskdan Ulan-Batora istiqamət götürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR