Zaur və Günaya efirdə hörmətsizlik etdilər

Zaur və Günaya efirdə hörmətsizlik etdilər
11:05 27 Dekabr 2015
772 Digər
Ölkə mətbuatı
A- A+

ATV kanalında yayımlanan "Bu stil mənim" verilişində iştirakçılardan biri münsiflər heyyətində olan model Günay Musayevaya hörmətsizlik edib.

Milli.Az big.az-a istinadən bildirir ki, Günay Musayevanın iradlarını birmənalı qarşılmayan Aytac onun sözünü yarımçıq kəsib.

Bundan əsəbləşən Günay Musayeva: "Siz çox sayğısız insansınız, həddinizi bilmirsiniz, hörmətsizlik edirsiniz. Siz iştirakçılarla münsiflər heyətini səhv salırsınız", - deyərək ona ən aşağı balı verib.

Layihənin digər münsifi Zaur Baxşəliyev də iştirakçıya üzünü tutaraq: "Siz Günay Musayevanın sözünü yarımçıq kəsməklə hamımıza hörmətsizlik etmiş olursunuz. Özünüzü ələ alın, bu qədər hazırcavablıq nəyə lazımdır axı", - deyərək iştirakçıya iradlarını bildirib.

Qeyd edək ki, verilişin sonunda iştirakçı Aytac ən az bal topladığına görə yarışdan kənarlaşdırılıb.

Münsiflər heyətində Zaur Baxşəliyev, Fəxriyyə Xələfova, Günay Musayeva təmsil olunurlar.

Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR