Boks üzrə Azərbaycan çempionatında üçüncü gün yekunlaşıb

Boks üzrə Azərbaycan çempionatında üçüncü gün yekunlaşıb
13:03 28 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 noyabr, AZƏRTAC 
Böyüklər arasında boks üzrə Azərbaycan çempionatında növbəti gün arxada qalıb. Yarışın üçüncü günündə 39 döyüş keçirilib.
AZƏRTAC xəbər verir ki, 49 və 60 kiloqram çəki dərəcələrində 1/4 final qarşılaşmaları olub və yarımfınalçılar müəyyənləşib. Digər çəkilərə gəlincə, 52, 56, 64, 81 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində idmançıların yarışında 1/8 final görüşləri keçirilib.
Araz İmaməliyev (49 kq, “Gilan”), Məsud Yusifzadə (52 kq, “Rabitə”), Kənan Hüseynəliyev (56 kq, “Gilan”), İlkin Ağayev (60 kq, “Gilan”), Kamran Baxşəliyev (64 kq, “Rabitə”), Rauf Rəhimov (81 kq, “Gilan”) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı, “Baku Fires”) növbəti qələbələrini qazanıblar.
Dekabrın 29-dək davam edəcək yarışda 200-dən artıq kişi və qadın idmançı mübarizə aparır. Paytaxt və regionları təmsil edən komandaların heyətində çıxış edən idmançılar on çəki dərəcəsi üzrə qalib və mükafatçıları müəyyənləşdirirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Azerbaycan_chempionatinda_uchuncu_gun_yekunlasib-914872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR