İnternet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz olunacaq

İnternet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz olunacaq
15:43 28 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Gələn il yanvarın 1-dən internet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz ediləcək. İnternet təhlükəsizliyini təmin edən "SHA-1" kriptoqrafiya alqoritminin istifadədən çıxarılması gözlənilir. Köhnəlmiş versiyanı "SHA-2" alqoritmi əvəz edəcək.
Sahə ekspertlərinin fikrincə, növbəti ildən istifadəçilərin yeni "SHA-2" kriptoqrafiya alqoritminə keçidi zəruridir. Əks təqdirdə, dünyanın bir çox ölkələrindən milyonlarla istifadəçi internet saytlarda məhdudiyyətlərlə üzləşə bilər, risk qrupuna inkişaf etməkdə olan ölkələrin sakinləri daxildir.
AZƏRTAC "igate.com.ua" resursuna istinadən xəbər verir ki, yeni "CloudFlare" hesabatına görə, "SHA-2" alqoritminin Qərbi Avropa və Şimali Amerikada dəstəklənmə göstəricisi 99 faizi ötür. Lakin Çin, Kamerun, Yəmən, Sudan, Misir və Liviya kimi ölkələrdə internet istifadəçilərinin 5 faizi alqoritmi dəstəkləməyən köhnə brauzer versiyalarından istifadə edir. Məhz onların yeni alqoritm versiyasına keçiddən ən çox zərər çəkəcəkləri bildirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Internet_tehlukesizliyini_temin_eden_alqoritm_yenisi_ile_evez_olunacaq-914935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR