"Həyat yoldaşım keçmişimi yaxşı bilir..." - video

"Həyat yoldaşım keçmişimi yaxşı bilir..." -  video
16:11 28 Dekabr 2015
142 Şou
Ölkə mətbuatı
A- A+

“Anam elə vaxt getdi ki... Onun yoxluğu hər şeydə özünü hiss etdirir. Övladım dünyaya gəlib, indi anamın sevgisini lap çox başa düşürəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva “Onlar”a açıqlamasında deyib. Anasını itirən sənətçi keçirdiyi çətin günləri xatırlayıb:

“Çox çətin günlər, illər yaşamışam. Allahdan bunu heç kimə arzulamıram. Sən demə, ananın övladına olan sevgisi dilə gətirilməyəcək qədər qəribə bir hissdir. Var-dövlətim, atam-anam, nəsil-köküm oğlumdur. Sağ olsun ki, həyat yoldaşım var, yanımdadır. Çox xoşbəxtəm. Kənardan gələn söz-söhbətlər bizi maraqlandırmır. Həyat yoldaşım keçmişimi də, bu günümü də yaxşı bilir. Ona görə də kənardan nəsə eşidəndə təəccüblənmir, əksinə gülür”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR