Azərbaycanın ən yaxşı kişi aktyorunun adı açıqlanıb

12:22 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, mükafatlandırma "I-cı Qızıl Pəri" Audiovizual sahə-kino və televiziya üzrə peşə mükafatının təqdimat mərasimində baş tutub.
Xalq artisti Fuad Poladov rejissor Rövşən İsaxın ekranlaşdırdığı "Aktrisa" filmində yaratdığı Vaqif Fətəliyev obrazına görə "Qızıl Pəri" mükafatına layiq görülüb.
Xatırladaq ki, "Aktrisa" filminin quruluşçu rejissoru Rövşən İsax, quruluşçu operatoru Rövşən Quliyev, ssenari müəllifi İlqar Fəhmidir. Filmdə xalq artisti Fuad Poladov, əməkdar artist Şövqi Hüseynov, aktyorlar Alisa Kaçer, İlham Hüseynov və başqaları çəkilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/fuad-poladov-ilin-en-yaxsi-kisi-aktyoru-mukafatina-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR