Rusiya ilə Azərbaycan qarşılıqlı tərəfdaşlığı möhkəmləndirir

Rusiya ilə Azərbaycan qarşılıqlı tərəfdaşlığı möhkəmləndirir
16:33 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 29 dekabr, AZƏRTAC
“Rusiya ilə Azərbaycan münasibətlərini qarşılıqlı anlaşma və bir-birini dəstəkləmək prinsipi üzərində quran çoxdankı strateji tərəfdaşlardır. Məsələn, Qərbin təzyiqinə baxmayaraq, Prezident İlham Əliyev Böyük Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Moskvaya gəldi. Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən Vladimir Putin bütün dünyaya nümayiş etdirdi ki, Rusiya Azərbaycanın müstəqil siyasi və iqtisadi kursunu dəstəkləyir”. Bu sözləri RF Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.
İki ölkənin beynəlxalq strukturlarda bir-birini dəstəkləməsi mövzusunu davam etdirən siyasətçi Rusiya deputatlarının Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməsini vurğulayaraq deyib: “Təbii ki, ölkələrin siyasi səviyyədə sıx qarşılıqlı fəaliyyəti onların iqtisadi əlaqələrində birbaşa əks olunur. Rusiya cənub qonşusunda uzunmüddətli aydın qaydalarla oynayan etibarlı işgüzar tərəfdaş görür”.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdən söz açan D.Savelyev iqtisadiyyatın şaxələndirilməsinin böyük əhəmiyyətini vurğulayaraq deyib: “Bu, iqtisadi təhlükəsızliyi möhkəmləndirməyə və neftdən asılılığı zəiflətməyə kömək edəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən səmərəli ticarət tərəfdaşlarından biridir. Rusiyanın maşınqayırma məhsullarının respublikaya ixracı cəmi bir il ərzində 62 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı istehsalçıları isə öz məhsulu üçün Rusiyanın simasında böyük satış bazarı əldə ediblər və Qərb sanksiyalarının zərbəsini yumşaltmaqda ölkəmizə kömək ediblər. Qarşılıqlı ticarətdə milli valyutalardan istifadə hazırda 25-26 faiz təşkil edir və bu meyil durmadan artır. İstisna deyil ki, artıq yaxın illərdə Rusiya ilə Azərbaycan dollarla hesablaşmaqdan birdəfəlik imtina edəcəklər. Bu da hər iki ölkənin maliyyə risklərinin çoxundan yaxa qurtarmasına kömək edəcək. Amma 2015-ci ilin ən önəmli tendensiyası Rusiya ilə Azərbaycanın sırf ticarət razılaşmalarından bir-birinin iqtisadiyyatına ciddi sərmayə yatırmağa keçmələri olub”.
İki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaq üçün başa çatan ildə əhəmiyyətli layihələrin həyata keçirildiyini qeyd edən Dövlət Dumasının deputatı deyib: “Azərbaycan biznesmenləri Rusiya ərazisində meyvə-tərəvəz saxlanması üçün logistika mərkəzləri inşa etməyə başlayıblar. “Benkons Group” şirkəti Tatarıstanda şirə istehsalı zavodunun inşasına 4 milyard rubl yatırıb. KAMAZ Gəncə avtomobil zavodunda yığma xətti işə salıb. Hər il bu xətdən təqribən 1500 yük maşını çıxacaq. Rusiyanın “Qazprombank”ı Sumqayıt Kimya-Sənaye Parkında geniş miqyasda polietilen və polipropilen istehsal edəcək kimya zavodunun inşası layihəsini həyata keçirmək üçün Azərbaycan Dövlət Neft Şirkətinə 420 milyon dollar məbləğində kredit verib. Bundan əlavə, Azərbaycanda xidmət xarakterli helikopter mərkəzinin açılışı, üç min ton yük qaldırmaq gücündə olan ən böyük üzən kranın yaradılması, meyvə-tərəvəz və taxıl daşıyan “çay-dəniz” tipli universal gəmilərin tam seriyasının buraxılışı üzrə perspektivli birgə layihələrimiz var”.
D.Savelyev vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında mədəni dialoq çoxdan və daimi əsasda aparılır. O deyib: “Azərbaycana gələn turistlərin sayına görə rusiyalılar hazırda ilk üç lider sırasındadırlar. Buna da ölkələrimiz arasında viza rejiminin və dil əngəlinin olmaması xeyli dərəcədə kömək edir. Parlamentlərarası qrupumuzun nəzdində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin yaradılmasını böyük nailiyyət hesab edirəm. Mərkəzin mütəxəssisləri ölkələrimizin xalqları arasında etimad mühiti formalaşdırır, informasiya qıtlığını aradan qaldırır, xalq diplomatiyasının inkişafına kömək edirlər. Mərkəzin keçirdiyi çoxsaylı tədbirlər arasında Bakıda birinci Avropa Oyunlarının açılışına və Azərbaycan mədəniyyətinə həsr olunmuş iki fotosərgini, habelə 416-cı diviziyanın azərbaycanlı döyüşçülərinin Taqanroq ətrafında alman faşistlərindən müdafiə etdikləri Sambek yüksəkliklərində Hərb Tarixi Muzeyinin təməlqoyma mərasimində iştirakı qeyd etmək istərdim”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12