Azərbaycanda körpə ölümü göstəricisi aşağı enib

15:27 30 Dekabr 2014
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:23 ]

Bakı. Könül Kamilqızı - APA. "Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir".

 

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib ki, buna sübut kimi “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramı, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqram”larının qəbul edilməsini misal çəkmək olar.

 

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, 2014-cü ildə uşaqların 90%-dən çoxu müayinələrlə əhatə olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 3,4%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 5,1%-i isə müalicə tədbirlərinə cəlb edilib.

 

Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının icrası ilə bağlı artıq diridoğulmanın beynəlxalq meyarları qəbul olunub və 2015-ci ilin yanvarın 1-dən onların tətbiqinə başlanacaq.

 

Son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Respublikada həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilib. Əgər 2009-cu ildə respublikada körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR