Azərbaycanlı tenor dünya şöhrətli opera müğənnisi ilə ailə qurub

Azərbaycanlı tenor dünya şöhrətli opera müğənnisi ilə ailə qurub
08:58 30 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Vyanada azərbaycanlı tenor Yusif Eyvazovla dünya şöhrətli opera müğənnisi Anna Netrebkonun nikah mərasimi keçirilib. Şəhərin mərkəzində yerləşən "Koburq" sarayında baş tutan mərasimdə 200-dən artıq qonaq, o cümlədən klassik musiqi səhnəsinin tanınmış simaları iştirak ediblər. Rusiyalı müğənni Filip Kirkorov nikah mərasimində şahid qismində iştirak edib.
2014-cü ildə Romada tanış olan və nişanlanan cütlüyün toy mərasimi "Lixtenştayn" sarayında davam edib.
Tanınmış opera müğənnisi Yusif Eyvazov Bakıda və Milanda klassik musiqi təhsili alıb, "La Skala" opera teatrının solisti kimi fəaliyyət göstərib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_tenor_dunya_sohretli_opera_mugennisi_ile_aile_qurub-915455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR