İctimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb

İctimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb
12:43 30 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində - ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər müəyyənləşdirilərək saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.
Bakı Şəhər Baş Polis İdarəsi rəsmən bildirir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ictimai_yerlerde_qanunsuz_valyuta_mubadilesi_heyata_kechirdiklerine_gore_5_nefer_saxlanilib-915502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR