FHN-in Akademiyasında bayram tədbiri keçirilib - FOTO

FHN-in Akademiyasında bayram tədbiri keçirilib - FOTO
16:02 30 Dekabr 2014
66 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:57 ]

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

 

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademiyanın rəhbər heyəti, zabit və kursantlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edərək qeyd edib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir: “31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib”.

 

Sonra tədbir Akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR