40 ilin "Qəribə təsadüf"i (VİDEO, FOTO)

40 ilin "Qəribə təsadüf"i  (VİDEO, FOTO)
15:06 31 Dekabr 2015
48 Şou
Ölkə mətbuatı
A- A+

Əfsanəvi rejissor Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmi yanvar 1-də 40 illiyini qeyd edəcək.

ANS PRESS-in məlumatına görə, 1976-cı ildən bu yana yeni il axşamlarını bu filmsiz təsəvür etmək çətindir.

Filmdə Moskvada və Sank Peterburqda (Leninqrada) yaşayan iki tənha insandan bəhs edilir. Maraqlıdır ki, onların hər ikisi fərqli şəhərlərdə amma eyni adlı küçədə, ünvanlarda yaşayırlar.

Məhz həmin il milyonlarla tamaşaçı Moskva və Leninqradda iki eyni ünvan - 3-cü İnşaatçılar küçəsi, ev 25, mənzil 2 ünvanı olduğundan xəbərdar olurlar.

Yeni il gecəsindən öncə Jenya adətə görə hər il olduğu kimi dostları Pavlik, Saşka və Mişka ilə hamama gedirlər. Pavlik elə həmin gecə Leninqrada uçmalı olduğunu deyir. Dostlar hamamda o qədər içirlər ki, möhkəm sərxoş olur. Nəticədə, Saşka və Mişka Leninqrada səhvən Pavliki yox, Jenyanı göndərirlər.


Dostlar hamamda


Eldar Ryazanov "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filminin çəkilişi

Qəribə təsadüflər də bundan sonra başlayır. Pulkovo hava limanında ayılan Jenya bir taksiyə əyləşərək Moskvadakı evinin ünvanını deyir. Sürücü isə onu eyni ünvana aparır. Təsadüfdən bu bina onun yaşadığı binanın oxşarı olur. Heç nədən şübhələnməyən Jenya heç nə olmayıbmış kimi "öz" mənzilinə qalxır və təsadüfən onun öz mənzilinin açarı tamamilə başqa şəhərdəki bu evin də qapısını açır.

Film möhtəşəm alınsa da SSRİ-də televizasında onun yayımlanmağı çətin olub. Filmdə olan içki məclisi və əyləncə səhnələri sovet birliyi üçün yenilik idi.


“Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmdəki seçmə mahnıları

Filmin rejissoru ötən ay 89 yaşında Moskvada dünyasını dəyişib.
Əbədi olaraq gözlərini yuman rejissor özündən sonra rus kinomotoqrafiyasına 30-a yaxın şah əsəri qpyub.


Eldar Ryazanov

“İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “İşdə məhəbbət macərası”, “Karnaval gecəsi”, “Qoca quldurlar” kimi Azərbaycanlı tamaşaçıların da sevgisini qazanmış olan rejissor bundan sonra da filmlərilə pərəstişkarlarının qəlbində yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR