İsmayıllı gəncləri ixtisas seçimi ilə bağlı biliklərə yiyələniblər

İsmayıllı gəncləri ixtisas seçimi ilə bağlı biliklərə yiyələniblər
21:48 31 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC 
İsmayıllı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Dövlətimin gələcəyi sənə, sənin gələcəyin seçiminə bağlıdır” layihəsi çərçivəsində təlim təşkil edilib.
Layihənin rəhbəri Leyla Əhmədova AZƏRTAC-a bildirib ki, təlimdə 30 nəfər abituriyent və məktəblinin iştirakı ilə “Necə ixtisaslı kadr olmaq olar?”, “İxtisas seçimi üçün istifadəsi lazım olan analizlər”, “İstəklərimiz yoxsa bacarıqlarımız?”, “Uğurlu karyeraya gedən yol nələrdən keçir?”, “Zamanın tələbi olan ixtisaslar”, “Düzgün seçim etməməyin mənfi nəticələri” və s. mövzularda müzakirələr aparılıb.
Təlimçilər ixtisas seçimi ilə bağlı nəzəriyyə və təcrübəyə əsaslanaraq gənclərə geniş məlumat verib, onların suallarını cavablandırıblar. Maraqlı və əyləncəli oyunlar, müzakirələrlə yadda qalan təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR