2016-cı ildə paytaxtın ilk körpəsi

2016-cı ildə paytaxtın ilk körpəsi
13:05 1 Yanvar 2016
154 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 2016-cı ilin ilk uşağı paytaxtın Nizami rayonu 7 saylı doğum evində dünyaya gəlib. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Səidə Qəmbərovanın qız uşağı dünyaya gətirib.O, Qəmbərovlar ailəsinin ikinci övladıdır. 

Gecə saat 01-15-də dünyaya gələn körpənin çəkisi 3.5 kq, boyu 53 sm-dir. Övladını təbii yolla dünyaya gətirən ananın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.

Bakıda 2016-cı ilin ikinci uşağı paytaxtın Suraxanı rayonu 3 N-li doğum evində dünyaya gəlib. 25 yaşlı Gülmin Cəfərovanın dünyaya gətirdiyi oğlan uşağı ailənin 3-cü övladıdır. Cəfərovlar ailəsinin 2 qızı var. 

Körpə bu gecə saat 02-50-də dünyaya gəlib. Onun çəkisi 4.1 kq , boyu 54 sm-dir.Ana uşağı təbii yolla dünyaya gətirib.

Bu ilin üçüncü uşağı da oğlan olub. Saat 03-00-da 7 saylı doğum evində dünyaya gəlib. 1993-cü il təvəllüdlü Səbinə İsmayılovanın dünyaya gətirdiyi oğlanın çəkisi 3.4 kq, boyu 52 sm-dir. Ana övladını qeysəriyyə yolu ilə dünyaya gətirib.

3 N-li doğum evində dünyaya gələn ikinci uşaq isə qızdır. 30 yaşlı Zülfiyyə Quliyevanın dünyaya gətirdiyi qız ailənin ilk övladıdır. Səhər saat 07-20-də dünyaya gələn uşağın çəkisi 2.4 kq, boyu 49 sm-dir. Zülfiyyə Quliyeva da ilk övladını təbii yolla dünyaya gətirib. 

Xəstəxanadan verilən məlumata görə, hazırda ananın və övladının vəziyyəti qənaətbəxşdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR