Sərhəddəki bazaya hücum: ölənlər var

Sərhəddəki bazaya hücum: ölənlər var
19:52 2 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Hücumdan sonra Pəncab ştatında təhlükəsizlik tədbirləri gücləndirib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Pakistanla sərhəd bölgəsində yerləşən Hindistanın hərbi bazasına hücum nəticəsində 4 silahlı və ən azı iki əsgər həlak olub, rəsmilər deyir.
Hərbiyyə Pathankot bazasına bir neçə saat ərzində davam edən həmlənin başa çatdığını bildirir.
Məlumata əsasən yaxşı silahlanmış hücumçular baza ərazisinə keçərkən hindistan hərbi formasında olub.
Hücum Pakistan və Hindistan liderlərinin Lahor şəhərindəki görüşü vaxtı sülh təşəbbüsünün elan olunmasından iki gün keçmiş baş verir.
Həmləyə görə cavabdehliyi öz üzərinə götürən olmayıb.
Hadisənin baş verdiyi Pəncab ştatında təhlükəsizlik tədbirləri gücləndirib. Bölgəyə əlavə əsgər gətirilir.
"Biz sülh istəyirik, lakin terrorçuların Hindistan torpağına hücumuna müvafiq cavab veriləcək", - Hindistanın daxil işlər naziri Rajnat Sinqh deyib.
Ölkələr arasında sülh prosesinə sadiq qaldığını bildirən Pakistan hücumu "terror insidenti" kimi pisləyib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR