"Donuz qripi" sərhəddimizdə - ölkəyə daxil olan bütün vətəndaşlar müayinə olunur

"Donuz qripi" sərhəddimizdə - ölkəyə daxil olan bütün vətəndaşlar müayinə olunur
11:52 4 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az-ın APA-ya məlumatına istinadən bildirir ki, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.
 
Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır. 
 
Biləsuvar Rayon Baytarlıq İdarəsindən APA-ya verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları "donuz qripi" ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb. 
 
Qeyd edək ki, Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR