Bayram günlərinin yol qurbanları

Bayram günlərinin yol qurbanları
12:37 4 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Bayram günlərində Bakı yollarında baş verən yol-nəqliyyat hadisələri zamanı ölən və yarananların statistikası açıqlanıb.

Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, 2015-ci il dekabrın 31-dən yanvarın 4-dək paytaxtın inzibati ərazisində 4 yol qəzası baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bölmə rəisi qeyd edib ki, yanvarın 3-də havanın şaxtalı olması səbəbindən bəzi yerlərdə yollar buz bağladığından maddi zərərlə nəticələnən qəzalar baş verib. Belə ki, yol və metereoloji şərait nəzərə alınmadığından günün qaranlıq vaxtı "20 yanvar" dairəsindən 3-cü Mikrorayon" dairəsi istiqamətindəki enişdə və "Sabunçu körpüsü"nün üzərində 4 avtomobil sürüşərək toqquşublar. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə yüngül maddi zərər dəyib.

V.Əsədovun sözlərinə görə, hazırda paytaxt ərazisindəki əksər küçə və prospektlərdə yer səthi qurudur, nəqliyyatın hərəkət intensivliyi normaldır.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR