İran Ermənistan ərazisindən Gürcüstana təbii qaz nəql edəcək

İran Ermənistan ərazisindən Gürcüstana təbii qaz nəql edəcək
15:02 4 Yanvar 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ İranın təbii qazının Ermənistan ərazisindən keçməklə Gürcüstana nəqlinə dair Tehran Tbilisi ilə danışıqlar aparır.
"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının "İran Milli Qaz Şirkəti"nin ("National Iranian Gas Company") təmsilçisi Əlirza Kamali bildirib.
"Gürcüstanla əldə edilən razılaşmaya əsasən, biz təbii qazı Ermənistan sərhədində çatdırmalıyıq. Gürcüstan isə həmin yanacağı Ermənistanla sərhədində təhvil alacaq", - deyə o söyləyib.
Kamali bildirib ki, Gürcüstana ötürüləcək təbii qaz Avropaya nəql edilmək üçün deyil, ölkənin daxili təlabatının ödənilməsindən ötrü nəzrədə tutulub.
Məlumata görə, İran 300-500 milyon kub fut (1000 kub metr - 28,3 kub futdur) həcmində təbii qaz ötürəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-ermenistan-erazisinden-gurcustana-tebii-qaz-neql-edec

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR