“Bir çoxları deyir ki, Mətanət əməliyyatla arıqlayıb”. Bu sözləri Lent.az-a əməkdar artist Mətanət İsgəndərli barəsində gəzən şayiələrdən danışarkən deyib: “Öz iradəmin sayəsində 20 kilo arıqlamışam. Amma eşitmişəm, bəziləri deyir ki, əməliyyatla arıqlayıb. Əməliyyatla arıqlasam, bunu açıq deyərdim. Arıqlamaq üçün ac qaldım, gecələr piyada yol gəzdim. Bu yaxınlarda yalnız bir əməliyyat etdirmişəm, o da göz ətrafında olub. Xahiş edirəm ki, haqqa girib, barəmdə əsasız söz-söhbətlər danışmasınlar. Artıq bu şayiəyə son qoyulsa, yaxşı olar”.