Balacalar podiuma çıxdı - fotolar

Balacalar podiuma çıxdı -  fotolar
15:36 5 Yanvar 2016
70 Şou
Ölkə mətbuatı
A- A+

“Dünya azərbaycanlılarının həmrəylik günü” münasibəti ilə azyaşlı uşaqlar (5-12 yaş) arasında moda müsabiqəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, müsabiqə zamanı azyaşlı uşaqlar gənc dizaynerlərin hazırladığı geyimlərdə podiuma çıxıblar. Onların geyiminə isə münsiflər heyəti qiymət verib.

Sonda birinci yeri dizayner Gülüm Əsədullayevanın hazırladığı Özbəkistan və Fransa geyimləri tutub. İkinci yeri Vüsalə Axundova, üçüncü yeri isə Mehriban Əhmədova qazanıb.

Münsif kürsüsündə stilist Anar Ağakişiyev, model Könül Əzizova, Model agentliyinin rəhbəri (FMS) Lyubov Qutorova, dizaynerlər Zümrüd Mirzəliyeva və Səbinə Hüseynova əyləşib.









Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR