Türk dili artıq mənim ana dilimdir

Türk dili artıq mənim ana dilimdir
05:21 6 Yanvar 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Bir zamanlar türkiyəli aktyor Tolga Karel ilə evil olan azərbaycanlı model Günay Musayeva, bu günlərdə Türkiyədə çıxışı ilə Azərbaycan mediasının gündəmini zəbt edib.

ANS PRESS-in Türkiyə mətubatına istinadən veriyi məlumatına görə, moda yarışı proqramlarının birində münsif kimi çıxış edən Günay Musayevanın efir vaxtı türk dilində danışması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Ölkədə müzakirələrə səbəb olan model, bu mövzu ilə əlaqədar narahatlıq hiss keçidriyini, Türkiyə mətbuatı ilə onu izləyənlərə, Türkiyənin onun ikinci vətəni olduğunu deyib.


"Mən Azərbaycanı da çox sevirəm, amma Türkiyə mənim üçün artıq ikinci vətəndir" deyən məşhur model, 7 ildir İstanbulda yaşadığını və orada işlədiyini bildirib.

"Təbiidir ki, türk dili artıq mənim həyatımın ayrılmaz hissəsidir. Gəlin bu dil mövzusunu bağlayaq. Bir-birimizə, həm öz dövlətimizə, həm də qardaş ölkəyə hörmət edək."

Günay Musayeva Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. Orta məktəbi Düz Cırdaxan kəndində bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2007-ci ildən fəaliyyətini Türkiyədə davam etdirir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR