"Azanfilm" vakansiya elan edib

"Azanfilm" vakansiya elan edib
11:47 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ "Azanfilm” cizgi filmləri studiyası yeni strateji və bədii inkişaf planına uyğun olaraq vakansiyalar elan edib.
"Report" xəbər verir ki, animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını bu il fevralın 10-dək azanfilm.studio@gmail.com elektron ünvanına təqdim edə bilərlər.
Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azanfilm-vakansiya-elani-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR