Kərkükdən Türkiyəyə uzanacaq qaz boru kəmərinin inşasına başlanılıb

Kərkükdən Türkiyəyə uzanacaq qaz boru kəmərinin inşasına başlanılıb
14:43 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, Nihad Budaqov, AZƏRTAC 
İraqın Kərkük vilayətindən hasil olunacaq təbii qazı Türkiyəyə çatdıracaq qaz boru kəmərinin inşasına başlanılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Kərkük şəhər məclisinin enerji komissiyasının üzvü Necat Hüseyn yerli rəhbərlik ilə İraq kürd muxtar regionu arasında aparılan danışıqlardan sonra boru kəmərinin inşasına başlanıldığını bildirib. Boru kəmərinin inşasının nə qədər davam edəcəyi barədə hələ ki məlumat verilmir. Kəmər ilə nəql olunacaq qaz Kərkük vilayətinin 35 kilometr şimal-qərbindəki Dibis qəsəbəsindəki quyudan hasil ediləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR