İnternetdən öyrəndi, sənət əsərləri yaratdı - FOTO

İnternetdən öyrəndi, sənət əsərləri yaratdı - FOTO
16:27 6 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Qazax sakininin əl işləri maraq çəkir. Səbrlə diqqətini bir araya cəmləyən qadın təxəyyülünün gücü ilə incəlik və zəriflik tələb edən bir sənəti yaşadır.

Kəpəz TV-nin (Region TV) məlumatına görə, Qazax sakini Həbibə Novruzi 3 ildir ki, dekorativ-tətbiqi sənətlə məşğuldur. Muncuqlarla 50-dən çox əl işi hazırlayan qadın bu sənəti internetin köməyi ilə öyrəndiyini bildirir. Onun evini muncuqlardan ibarət müxtəlif fiqurlar bəzəyir. 

Göz nuru, zövq və hövsələ tələb edən əl işlərinin hazırlanmasına bəzən aylarla vaxt sərf olunur. Maraqlı, diqqət çəkən əl işlərində muncuqlar bir-birini tamamlamalı, rənglər ahəng təşkil etməlidir. Bir fiqurun hazırlanması üçün təxminən 500-800 qram muncuq istifadə edilir.

Qazax sakinin əl işləri ilə maraqlananlar çox olub. Amma yüksək qiymət verilmədiyindən o, əsərlərini satmaq istəmir. Sənətini yalnız öz qızına öyrədən muncuq ustası gələcəkdə əl işlərinin sərgisini təşkil etməyi düşünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR