Hazırda dünyada 442 nüvə stansiyası fəaliyyət göstərir

Hazırda dünyada 442 nüvə stansiyası fəaliyyət göstərir
18:33 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, Nihad Budaqov, AZƏRTAC
Hazırda dünyada 442 nüvə stansiyası fəaliyyət göstərir, 64 stansiyanın isə inşası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) məlumatında deyilir. Bildirilir ki, 442 nüvə stansiyanın ümumi gücü 382 min 451 meqavata bərabərdir.
Dünyada ən çox nüvə stansiyası ABŞ-dadır. Bu ölkədə 98 min 708 meqavatlıq 99 ədəd nüvə stansiyası fəaliyyət göstərir. Sonrakı yerləri Fransa (58 nüvə stansiyası), Yaponiya (43) və Rusiya (35) tutur. Çin isə 31 nüvə stansiyası ilə Rusiyadan sonra 5-ci yerdə qərarlaşıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hazirda_dunyada_442_nuve_stansiyasi_fealiyyet_gosterir-916493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR