Saakaşvilidən şok video barədə açıqlama

Saakaşvilidən şok video barədə açıqlama
08:22 7 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya mətbuatında Gürcüstanın sabiq prezidenti, hazırda Odessanın qubernatoru vəzifəsində çalışan Mixail Saakaşvilinin narkoman olması barədə iddialar ortaya çıxıb.

Buna sübut kimi Saakaşvilinin Gürcüstan prezidenti postunda olarkən iştirak etdiyi tədbirlərdən birində çəkilmiş video ortaya atılıb.

Milli.Az bildirir ki, məsələ ilə bağlı anspress-ə açıqlama verən Mixail Saakaşvili bunun Rusiya tərəfindən geri atılmış addım olduğunu qeyd edərək ona qarşı növbəti kampaniyaya start verildiyini deyib.

"Mən yeni ili cəbhə xəttində döyüşçülərlə birgə keçirdim. Mənə xəbərlər gəlirdi ki, Rusiya mətbuatı bu barədə mənə qarşı kampaniya aparır. Biz buna həmişə hazırıq. Bizim burada məqsədimiz uğurla davam edir. Ukrayna xalqı bu uğura nail olmaq uçün mərdliklə mübarizə aparır", deyə Saakaşvili bildirib.

Saakaşvili ona qarşı aparılan bu kompaniyanın başında kimin dayandığını bildirərək buna hazır olduğunu qeyd edib: "Bilirəm ki, mənim haqqında nələr deyilə bilər, hansı iftiralar ola bilər. Mənim üçün ən əsası ətrafımın mənim haqda fikirləşdiyidir. Hələ ki, bu barədə şikayət yoxdu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR