ANS PRESS-in məlumatına görə, son dövrlərdə bu qruplaşmaya qarşı yerli və xarici təzyiqlər artıb. Bununla belə, qruplaşma üzvləri də zorakılıqların sayını dayanmadan artırırlar.
Nigeriya ordusu son 6 ildə Boko Harama qarşı öz təsirini tamamilə itirib. Bu isə, ölkədə xaotik idarəetmə formasının yaranmasına səbəb olub. Hökumət silahlılara qarşı mübarizədə daha ciddi addımlar atacağına vəd versə də, təkbaşına bu işin öhdəsindən gələ biləcəyi real görülmür. Bu məqsədlə qonşu Niger, Benin, Kamerun və Çad Boko Harama qarşı mübarizədə Nigeriyaya 8700 nəfərlik hərbi heyət göndərmək qərarına gəlib.
Məlumata görə, təkcə yanvar ayında 153 mindən çox insan adıçəkilən ölkələrə sığınıb.
Boko Haram tərəfindən törədilən zorakılıqlar 6 həftə sonra keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə mane olur.
2009-cu ildən bəri qruplaşma üzvləri 13 mindən çox insan öldürüblər. Mənbə
Associated Press