"Ankara-Moskva savaşı Qarabağa sıçraya bilər"

"Ankara-Moskva savaşı Qarabağa sıçraya bilər"
15:37 8 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Rusiyanın Qafqazda mübarizəsi qızışır və bu mübarizə, ilk növbədə, Dağlıq Qarabağa sıçraya bilər.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə türkiyəli siyasi yazar Zülfüqar Doğan deyib.
 
Onun sözlərinə görə, Türkiyə son dövrlər Yaxın Şərqə diqqəti artırıb: "Bu, onun MDB məkanında mövqelərinin zəifləməsinə gətirib çıxarıb. Xüsusilə Orta Asiyaya çıxışının Rusiya tərəfindən kəsilməsi böyük itkidir.

Doğrudur, Azərbaycan bu məsələdə Türkiyəyə əlindən gələn köməyi edir. Amma görünür, situasiya Ankaranın xeyrinə deyil. Bu baxımdan, MDB məkanında, xüsusilə Qafqazda Türkiyə-Rusiya rəqabətinin daha geniş şəkil alacağı gözləniləndir. Belə olarsa, ilk mübarizə Qarabağa sıçraya bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR