Kürdəmir: heyvandarlar məhsul istehsalında artıma nail olublar

Kürdəmir: heyvandarlar məhsul istehsalında artıma nail olublar
19:13 8 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 8 yanvar, AZƏRTAC 
Ötən il Kürdəmir rayonunun heyvandarları üçün uğurlu olub. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı inişilkinə nisbətən xeyli artıb.
Bununla əlaqədar rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yenicə yola saldığımız 2015-ci ildə Kürdəmirdə 9860 ton (diri çəkidə) ət istehsal olunub. Bu göstərici inişilkinə nisbətən 42 ton çoxdur. Habelə, süd istehsalı 166 ton artaraq 41 min 786 tona, yumurta istehsalı 47 min ədəd artaraq 15 milyon 544 min ədədə, yun istehsalı isə 5,2 ton artaraq 221 tona çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kurdemir_heyvandarlar_mehsul_istehsalinda_artima_nail_olublar-917056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR